Bakı Zooparkı tamamilə dəyişdi: “Əvvəlkindən əsər-əlamət qalmayıb”

  13 Noyabr 2019    Oxunub : 23729
 Bakı Zooparkı tamamilə dəyişdi: “Əvvəlkindən əsər-əlamət qalmayıb”
“Hazıda təmir olunan Bakı zooparkı yay aylarında istifadəyə veriləcək. Əvvəlki zooparkdan əsər-əlamət qalmayıb”

Bunu Azvision.az -a Bakı Zooloji Parkının tikinti üzrə layihə rəhbəri Ramin Vəliyev deyib. Onun sözlərinə görə, Bakıda Avropa standartlarına cavab verən müasir zoopark hazırlanır.
“Zoopark tamamilə dəyişib. Standartlara uyğunlaşdırılıb. Həm saxlanma yeri, həm də vizual görünüş baxımından Bakı zooparkı yenilənib. Avropa Zoopark və Akvariumlar Assosiasiyası ilə gələcəkdə heyvan mübadiləsi aparılacaq. Burada yaratdığımız gözəlliyi gəlib görmək lazımdır. Ancaq işlər tam hazır olmadığı üçün çəkilişə icazə yoxdur. Uşaqarımıza, zooparka gələn turistlərə, yerli sakinlərə sürpriz olacaq”.

R. Vəliyev qeyd edib ki, zooparkda heyvanların sayını artırmaq və qəfəsləri genişləndirmək məqsədilə ərazi böyüdülüb: “Zooparkın ərazisi 2 hektradan 4 hektar yarıma çatdırılıb. Heyvanların sayını da artırmaq mümkün olacaq”.

Qeyd edək ki, bu ilin yanvar ayında Bakı Zooparkı təmirə bağlanıb, orada saxlanılan heyvanlar Qaradağ rayonuna köçürülüb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Zoopark