Arvadını döyən “qəhrəman” və evli qadını yoldan çıxaran qocanın əxlaqsızlığı

  14 Noyabr 2019    Oxunub : 8705
Arvadını döyən “qəhrəman” və evli qadını yoldan çıxaran qocanın əxlaqsızlığı
Milli Şura adlı qaragüruhçu dəstə üzvləri daha çox insanlığa və əxlaqa sığmayan hərəkətlərlə gündəmə gəlirlər. Əvvəlcə Əli Kərimlinin uzun illər müavini olmuş Fuad Qəhrəmanlının əsl siması ifşa olundu. Onun həyat yoldaşı və qızlarına necə amansız işgəncələr verdiyi üzə çıxdı. Məlum oldu ki, özünü sakit və "mədəni" müxalifətçi kimi qələmə verən Qəhrəmanlı mütəmadi olaraq ailə üzvlərinə qarşı qeyri-insani rəftar göstərir, onları vəhşicəsinə döyürmüş.
Ölkədə geniş rezonans doğuran bu olay azmış kimi Milli Şura ətrafında ikinci tükürpədici hadisənin şahidi olduq. Bu dəfə müzakirə mövzusu ehtiyatda olan general kimi tanıdılan Vidadi Mirkamalın özündən yaşca kiçik, öz qızı yaşda evli qadınla yaşadığı eşq macərasıdır.

Məlumat üçün bildirək ki, tanınmış jurnalist Mirşahin Ağayev özünün müəllif proqramında bu şəxsin qeyri-əxlaqi əməllərinin üstünü açıb. Qeyd olunub ki, özünü ədliyyə generalı kimi qələmə verən Vidadi Mirkamal “status”undan istifadə edərək yanına hüquqi yardım üçün gələn, özündən 30 yaş kiçik evli qadını müxtəlif vədlərlə yoldan çıxarıb. Bahalı hədiyyələrlə qadını şirnikləşdirərək bir il boyunca onunla intim münasibətdə olub. Hətta həmin qadını hamilə buraxıb və şantajla aborta məcbur etdirib.

Dəhşətlisi odur ki, yaşına yaraşmayan əxlaqsız, mənəviyyata zidd hərəkətlər edən Milli Şura üzvü öz səhvini başa düşən qadın tərəfindən tərk edilmək istəndikdə, onu çirkin yollarla şantaj etməyə başlayıb. Nəhayət, Vidadi Mirkamalın toruna düşən zavallı gənc qadın başına gələnləri öz həyat yoldaşına etiraf edib.

“Mən Bakı sakini Vəliyev Zamin Adil oğlu böyük ürək ağrısı ilə sizə müraciət edir və köməklik göstərməyinizi xahiş edirəm. Mən halal zəhmətimlə dolanan, sadə vətəndaşam. Ailəm, 10 yaşlı bir qızım var. Halal zəhmətimlə ailəmi dolandırır, övladımın təlim-tərbiyəsi ilə məşğul oluram. Son vaxtlar həyat yoldaşım Vəliyeva Gülzar Ələsgər qızının (ad şərtidir-red) mənə olan soyuq münasibətlərindən və başqa hərəkətlərindən şübhələnməyə başlamışdım. Buna görə ona göz qoymağı və mobil telefonuna nəzarət etməyi qərara aldım. Bu zaman öyrəndiklərim məni dəhşətə gətirdi. Öyrəndim ki, həyat yoldaşım Gülzar Vidadi adlı biri ilə mənə xəyanət edir", - ailəsi şantajla üzləşən kişi ürəkyanğısı ilə bildirib.

Adını şərti olaraq qeyd etdiyimiz Z.Vəliyevin sözlərinə görə, Vidadi Mirkamal guya hüquqi yardım etmək vədi ilə onun həyat yoldaşını yoldan çıxarıb və sonda bir ailənin dağılmasına səbəb olub.

"Vidadi adlı şəxs şirin vədlər, hədiyyələrlə onu aldadıb, yoldan çıxarıb, əxlaqsızlığa təhrik edib. Onunla Nərimanov rayonunda yerləşən mənzilində və Pirşağı qəsəbəsində yerləşən bağ evində görüşüb. Gülzar ondan hamilə qalanda isə abort elətdirib. Gülzarın dediyinə görə, o indi öz səhvini başa düşüb. Vidadidən ondan əl çəkməyi xahiş etsə də, Vidadi onu şantaj edərək bildirib ki, əgər dediklərini etməsə, xəyanət etdiyini ərinə və qohumlarına deyəcək. Yəni rüsvay edərək başına oyun açacaq. Bir ildən çoxdur ki, Vidadi həyat yoldaşımı bu kimi hədələrlə qorxudaraq onunla zorla intim əlaqədə olmağa məcbur edir”.

Məzlum ailə başçısının müraciətini oxuduqca dəhşətə gəlməmək mümkün deyil. İnsan necə əxlaqdan kasad, vicdan hissini itirmiş, ləyaqətsiz olmalıdır ki, evli qadını, yolunu azyaşlı uşağı gözləyən ananı özünün murdar əməlinə alət etsin?!

Başqa vaxt demokratiyadan, insan haqlarından dəm vuran, özünə "siyasətçi" deyən həmin Vidadi Mirkamalın əxlaqsızlığı (bunu başqa sözlə ifadə etmək mümkün deyil-red) onun təmsil olunduğu düşərgə üçün də utancverici olmaldıır. Azyaşlı uşağı gözü yaşlı qoymaqdırmı mübarizə, yoxsa ailəli qadını fahişəyə çevirməkdir onların siyasi əqidələri?

Təsəvvür etmək belə çətindir: gənc qadının bir anda həyatı məhv olur, valideynləri ayrılan uşaq uzun illər bu faciənin psixoloji təsiri altında böyüyür, heç bir günahı olmayan, əziyyətlə evə bir tikə çörək gətirmək üçün çalışan ailə başçısı qohum-qonşunun yanında gözükölgəli qalır. Ömrünün sonuna kimi əzab çəkir, ürəyi sızıldayır.

Bütün bunların səbəbkarı isə qoca yaşında ehtirasını cilovlaya bilməyən Milli Şura üzvü, mitinqlərdə uca səslə "biz hakimiyyətə gələcəyik" deyən siyasi təlxək Vidadi Mirkamaldır. Görəsən, qoca seks manyakı öz ailəsinin, övladlarının üzünə necə baxır? Vicdan əzabı çəkirmi, utanırmı? Əlbəttə, yox! Axı onun vicdanı olsayı, belə iyrənc hadisələr yaşanmazdı.

Bax, budur Milli Şura üzvlərinin qadınlara qoyduğu qiymət: biri öz ailəsinə işgəncələr verir, digəri evli qadını əxlaqsızlığa çəkir. Radikalların "xat atası" Əli Kərimli isə susur, sanki heç nə olmamış kimi özünü aparır. Onu nə Zümrüd Yağmurun yaşadığı iztirablar, nə də damğa vurulmuş ailənin məhv olması maraqlandırır. Hakimiyyət hərisliyi gözünü örtən baş qaragüruhçunu yalnız xaricdən gələn qrantlar düşündürür.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Milli-Şura   Vidadi-Mirkamal