“Gəncəyə qatar 4 saata gedir, bu, bizi qane etmir” - Cavid Qurbanov

  13 Noyabr 2019    Oxunub : 1206
 “Gəncəyə qatar 4 saata gedir, bu, bizi qane etmir” - Cavid Qurbanov
Hazırda Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır.
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib. O bildirib ki, Bakı dairəvi dəmir yolu tamamlananda təqribən 25-30 min sərnişin daşımaq mümkün olacaq.

Bakı-Sumqayıt-Bakı qatarı açılandan sonra həm Bakıdan Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb”.

C.Qurbanov qatarların hərəkət sürətinin 140 km/saata qaldırmaq istədiklərini qeyd edib: “Bakı-Gəncə-Bakı qatarı 4 saata gedir, amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik. Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı tam təmin olunacaq”.

Azvision.az

Teqlər: Cavid-Qurbanov