“Minimum pensiyanın artırılmasına dair işlər görüləcək” - Nazir

  13 Noyabr 2019    Oxunub : 1050
 “Minimum pensiyanın artırılmasına dair işlər görüləcək” - Nazir
“Azərbaycanda minimum pensiya 1 il rzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə təqaüdlər verilir: “Məsələn, Qarabağ müharibəsi əlilli olan şəxslərə 250 manata qədər müxtəlif təqaüdlər ödənilir, digər əliliyi olan şəxslərə 100 manat ödənilir və bu kontingent kifayət qədər genişdir. Təxminən pensiya alan şəxslər arasında 400 min nəfər əlavə təaqüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Pensiya   Büdcə   Artım   Nazir