Cavid Qurbanov: “Dəmir yolu ilə daşımalara maraq çoxdur”

  Cavid Qurbanov:  “Dəmir yolu ilə daşımalara maraq çoxdur”
  13 Noyabr 2019    Oxunub:2477
“Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib. Həm körpü inşa olunub, həm də biz o tərəfdə böyük terminal tikmişik. Terminal bu gün işləyir”.
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib. Onun sözlərinə görə, ilin axırınadək orada daha 7-8 yol tikələcək.

“Avtomobil yolları da tikiləndən sonra orada bir dənə avtomobil terminalı tikmək lazım gələcək. Yəqin ki, bizim oradakı ərazimizdə tikiləcək. Dəmir yolu ilə daşımalarda artım var, bu gün maraq çoxdur”.

C.Qurbanov Biləcəri-Yalama istiqamətində aparılacaq işlərdən də danışıb. Yolun uzunluğunun 348 kilometr olduğunu deyən sədr bildirib ki, qatar yolunun çəkilişi üçün Dünya Bankı, Fransa İnkişaf Agentliyi tərəfindən artıq büdcə müəyyənləşib.

“Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik. Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür. Qalan hissəsi dövlət büdcəsindən ayrılıb. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək”.

Azvision.az



Teqlər: Cavid-Qurbanov   Qatar  





Xəbər lenti