Nazirliyin çağrı mərkəzinə 3136 müraciət edilib

  13 Noyabr 2019    Oxunub : 651
Nazirliyin çağrı mərkəzinə 3136 müraciət edilib
Oktyabr ayı ərzində Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə 3136 müraciət qeydə alınıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, müraciət edən vətəndaşlar “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən paytaxtda təşkil olunan “Kənddə şəhərə” yarmarkaları, səyyar gübrə satışı, kənd təsərrüfatı texnikasının icarəyə götürülməsi, arıçılara subsidiyaların verilməsi, bal yarmarkasında iştirak, aqrar təhsil, damazlıq heyvanların lizinqi, elektron xidmətlər, aqrar kreditlərin verilməsi qaydaları, tong və toxumla təminat, pambıq yığımı, baytarlıq xidməti, fitosanitar xidmət və digər məsələlərlə bağlı suallar ünvanlayıblar.

Çağrı Mərkəzinə daxil olan müraciətlər operatorlar tərəfindən qanuna müvafiq qaydada cavablandırılıb.

Qeyd edək ki, vətəndaşlar aqrar fəaliyyətin ən müxtəlif istiqamətlərinə dair sualları 1652 nömrəsinə zəng etməklə operatorlara ünvanlaya bilərlər. Suallarınız operatorlarımız tərəfindən əhatəli şəkildə cavablandırılacaqdır.

Azvision.az

Teqlər: KTN