Aksiz markası olmayan siqaretlər aşkarlanıb

Aksiz markası olmayan siqaretlər aşkarlanıb
  14 Noyabr 2019    Oxunub:1626
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda tütün məmulatlarının gömrük sərhədindən bəyan edilmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Kiyev-Bakı aviareysi ilə gələn sərnişinləri qarşılayan Azərbaycan vətəndaşı həmin sərnişinlərdən siqaretləri qəbul edib və hava limanının qarşısındakı “Kia Optima” markalı avtomobilə yığarkən saxlanılıb. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerindəki 2 ədəd sellofan paketdə Azərbaycanın aksiz markası ilə markalanmayan 14 min ədəd “HEETS” və 600 ədəd “Parliament Silver Blue” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Siqaret  





Xəbər lenti