Trampla Ərdoğan arasında kritik görüş- VİDEO+FOTOLAR (Yenilənib)

  13 Noyabr 2019    Oxunub : 3444
 Trampla Ərdoğan arasında kritik görüş- VİDEO+FOTOLAR (Yenilənib)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında görüş başa çatıb.
Azvision.az xəbər verir ki, prezidentlərin Ağ evdə keçirilən ikitərəfli görüşü 1 saat 15 dəqiqə davam edib.

Hələlik görüşün təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, ABŞ-a səfərdə Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Maliyyə naziri Berat Albayrak, Milli Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Ruhsar Pekcan, Rabitə naziri Fəxrəddin Altun və mətbuat katibi İbrahim Kalın, həmçinin, AKP üzvləri müşayiət edirlər.







***
Vaşinqtonda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb.

Azvision.az xəbər verir ki, iki ölkə liderinin görüşü Ağ evdə mətbuata qapalı keçirilir.

Görüşdən əvvəl Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğanı Donald Trampla həyat yoldaşı Melania Tramp qarşılayıb.

Türkiyə-ABŞ ikitərəfli əlaqələri, eləcə də Suriya məsələsi daxil olmaqla bir sıra mövzuları əhatə edən görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.



Azvision.az

Teqlər: Ərdoğan   Tramp   ABŞ   Ağ-Ev