Gürcüstan MSK Azərbaycanda seçkiləri izləyəcək

  13 Noyabr 2019    Oxunub : 863
 Gürcüstan MSK Azərbaycanda seçkiləri izləyəcək
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək.
Azvision.az xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının üzvü Dimitri Cavaxadze AzərTAc-a açıqlamasında deyib.

D.Cavaxadze bildirib ki, Gürcüstan MSK Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün artıq müvafiq dəvət alıb. MSK rəhbərliyi müşahidə missiyasının göndərilməsinə razılıq verib.

MSK üzvlərindən başqa, parlamentin deputatlarının da müvafiq beynəlxalq təşkilatların tərkibində Azərbaycanda keçiriləcək seçkiləri izləyəcəkləri gözlənilir. Amma hələlik nə MSK-dan, nə də parlamentdən neçə müşahidəçinin Azərbaycana gedəcəyi məlum deyil.

Azvision.az

Teqlər: Gürcüstan   Seçki   MSK