Gürcüstan MSK Azərbaycanda seçkiləri izləyəcək
D.Cavaxadze bildirib ki, Gürcüstan MSK Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün artıq müvafiq dəvət alıb. MSK rəhbərliyi müşahidə missiyasının göndərilməsinə razılıq verib.
MSK üzvlərindən başqa, parlamentin deputatlarının da müvafiq beynəlxalq təşkilatların tərkibində Azərbaycanda keçiriləcək seçkiləri izləyəcəkləri gözlənilir. Amma hələlik nə MSK-dan, nə də parlamentdən neçə müşahidəçinin Azərbaycana gedəcəyi məlum deyil.
Azvision.az