Almaniyada "miqrant alveri"nə görə 7 azərbaycanlı həbs olundu - ADLAR

  14 Noyabr 2019    Oxunub : 3653
 Almaniyada "miqrant alveri"nə görə 7 azərbaycanlı həbs olundu - ADLAR
Ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb.

Azvision.az "Report"a istinadən xəbər verir ki, Almaniyada qanunsuz miqrant averi ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər aşağıdakılardır:

1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi,

2. İlham Həsən - Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı,

3. Mehdi Xəlilbəyli - Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini,

4. Abdin Cavadov - Müsavat AKM-in üzvü,

5. Əlövsət Əliyev - “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi,

6. Rəşad Məmmədov - Mehdi Xəlilbəylinin sürücüsü,

7. Elşən Abdullayev - Müsavat Partiyasının üzvü

Qeyd edək ki, ötən gün Almaniyada polis miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib.

Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Azvision.az

Teqlər: Almaniya   Miqrant