28 ildə Azərbaycanda 25 mindən çox insan yol qəzasında ölüb

 28 ildə Azərbaycanda 25 mindən çox insan yol qəzasında ölüb
  14 Noyabr 2019    Oxunub:2555
Ölkəmizdə müstəqillik illərində yol-nəqliyyat hadisələri üzrə statistik rəqəmləri təhlil edəndə, dəhşətli mənzərə alınır.
Azvision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, 1991-2018-ci illərdə yol qəzalarında ölən və yaralananların sayı 100 minə çatıb:



"Bu ili də əlavə etsək, 100 minlik hədd aşılacaq. Onlardan 25 386 nəfər ölüb, 74 413 nəfər isə yaralanan (sağlamlığına ağır və ya az ağır zərər dəyənlər) şəxslərdir. Sağlamlığına yüngül zərər dəyənlərin statistikası aparılmır. Bu bəla ilə hamı mübarizə aparmalıdır. Ən azından hər kəs özündən başlamaqla", - deyə Ə.Hüseynov vurğulayıb.

Azvision.az


Teqlər: Yol   Qəza   Ölüm  





Xəbər lenti