Bakıda 300-ə yaxın binanın istilik sistemi yoxdur

  14 Noyabr 2019    Oxunub : 928
 Bakıda 300-ə yaxın binanın istilik sistemi yoxdur
Bakı şəhərində bütün binaların istiliklə təminatı mümkün deyil. Çünki paytaxtda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb.
Azvision.az xəbər verir ki, bunu "Azəristiliktəhcizat" ASC-nin sədr müavini İlham Mirzəliyev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bunlar əsasən mülkiyyətçilərə məxsus binalarda istilik sistemləri ilə bağlı olan problemlərdir.

"Digərləri bir sıra texniki problemlərlə bağlıdır. Problemlərin aradan qaldırıması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə tədbirlər görülməkdədir".

İ.Mirzəliyev qeyd edib ki, Bakıda istilik sistemi təmin edilməyən binaların əksəriyyəti mərkəz hissədə, Nərimanov və Nəsimi rayonlarındadır.

"Bunlar əsasən köhnə tipli binalardır. Bəzi binalar 60-ci illərə aiddir ki, onların istilik sistemləri döşəmə tiplidir və bərpası mümkün deyil. Bəzi binaların sökülməsi və yeni binaların tikilməsi nəzərdə tutulur".

Aytən Zəhra
Azvision.az

Teqlər: Azəristiliktəhcizat