Ermənilərin maşını Tərtər çayına düşdü - Ölənlər var

Ermənilərin maşını Tərtər çayına düşdü -  Ölənlər var
  14 Noyabr 2019    Oxunub:2295
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ermənilər ağır qəzaya düşüblər.

Azvision.az xəbər verir ki, hadisə Ağdərə-Vardenis avtomobil yolunun 65-ci kilometrliyində baş verib. Belə ki, bu gün səhər saat 09:43-də "Mercedes" markalı minik avtomobili körpüdən aşaraq 8-9 metr yüksəklikdən Tərtər çayına düşüb. Hadisə yerinə xilasedicilər, təcili yardım qrupları və polislər gəlib.
Qəza zamanı sürücü 41 yaşlı Eçmiadzin sakini M.K, sərnişinlər 44 yaşlı İrəvan sakini A.A. və Qarabağda yaşayan 33 yaşlı A.A. ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Qəza  





Xəbər lenti