Nazir deputatların dərsliklərlə bağlı təklifinə münasibət bildirdi

Nazir deputatların dərsliklərlə bağlı təklifinə münasibət bildirdi
  14 Noyabr 2019    Oxunub:1538
İqtisadiyyat naziri Mikayıl Cabbarov ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı deputatların təklifinə cavab verib.
Azvision.az -ın məlumatına görə, nazir bildirib ki, ümumtəhsil və peşə məktəblərindən fərqli olaraq, burada vahid sifarişçi yoxdur:

“Bildiyiniz kimi, ali təhsil çox böyük transformasiyalara uğrayıb. Bir çox hallarda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı və elmi ədəbiyyat ola bilər. Bu da ali təhsil məktəbləri üçün dərslik meyarlarının izlənilməsində çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz Təhsil Nazirliyində olan həmkarlarımızla məsləhətləşmələr aparırıq. Çalışarıq ki, müvafiq qaydada mütləq bu məqamları nəzərə alaq”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: İqtisadiyyat-Nazirliyi  





Xəbər lenti