Prezident Mahmud Abbası təbrik edib

Prezident Mahmud Abbası təbrik edib
  14 Noyabr 2019    Oxunub:1815
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik ünvanlayıb.
Azvision.az -ın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Fələstin əlaqələri xalqlarımızın istək və iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti