Rusiyanın mədəniyyət xadimlərinə fəxri adlar verildi

Rusiyanın mədəniyyət xadimlərinə fəxri adlar verildi
  14 Noyabr 2019    Oxunub:2089
Prezident İlham Əliyev Azərbaycan–Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya Federasiyasının aşağıdakı mədəniyyət xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar incəsənət xadimi”

Maqomedov Cambulat Musayeviç

“Əməkdar artist”

Hacıyeva Fatimə Taqirovna

Xadulayev Mutay Xadulayeviç.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti