Nazirlər Kabinetinin səlahiyyəti artırıldı

  14 Noyabr 2019    Oxunub : 1319
Nazirlər Kabinetinin səlahiyyəti artırıldı
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.
Azvision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə öz əksini tapıb.

İndiyədək Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq vermək səlahiyyəti olub.

Dəyişikliyə əsasən, Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada razılıq verəcək.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti