"Azərbaycan vacib iqtisadi tərəfdaşdır" - Latviya səfiri

"Azərbaycan vacib iqtisadi tərəfdaşdır" -    Latviya səfiri
  15 Noyabr 2019    Oxunub:2085
Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır.
Azvision.az xəbər verir ki, bunu Latviyanın müstəqilliyinin 101 illiyi münasibətilə Bakıda keçirilən rəsmi qəbulda səfir Daynis Qarançs deyib.

Diplomat bildirib ki, müstəqilliyin bərpasından bəri Latviya ilə Azərbaycan arasında konstruktiv münasibətlər qurulub: "Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq və parlamentlərarası əməkdaşlıq mövcuddur. Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır. Son illər iki ölkə arasında ticarət dövriyyəsi artıb. Hər zaman qida məhsullarının üstünlük təşkil etdiyi Latviyadan Azərbaycana ixracatda tikinti və dərman materialları da önəmli yer tutur".

Səfir Latviyadan olan 14 bələdiyyə ilə Azərbaycan bələdiyyələri arasında fəal əməkdaşlıq qurulduğunu vurğulayıb. Əlavə edib ki, Latviya Azərbaycandan Şimali Avropaya məhsul ixracı üçün yaxşı imkanlar təmin edə bilər. Diplomat gələcəkdə iki ölkənin əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Latviya   Səfir   Diplomat   Azərbaycan  





Xəbər lenti