XİN rəhbəri BMT-nin Ali nümayəndəsi ilə görüşüb

XİN rəhbəri BMT-nin Ali nümayəndəsi ilə görüşüb
  15 Noyabr 2019    Oxunub:2184
Xarici işlər naziri Elmar Məmmədyarov Dünya Dini Liderlərinin II sammitində iştirak etmək üçün Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Migel Anxel Moratinos ilk öncə “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medalı ilə təltif olunması münasibətilə təşəkkürünü bildirib. O, Dünya Dini Liderlərinin II sammitinin uğurlu təşkilinə görə Azərbaycan hökumətini təbrik edib.

Ali nümayəndə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Təmsil etdiyi qurumun terrorizmə qarşı mübarizə və cəmiyyətlərin bu kimi təhdidlərdən qorunması sahəsində fəaliyyətinin gücləndirilməsini qeyd edən M. A.Moratinos, bu istiqamətdə Azərbaycan təcrübəsinin vacib olduğunu vurğulayıb.

E.Məmmədyarov Azərbaycan ilə Sivilizasiyalar Alyansı arasındakı əməkdaşlıq əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirib və Alyansın müasir dövrün təhdidləri ilə mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayaraq Azərbaycanın bu xüsusda qurumla əməkdaşlığa hazır olduğunu bildirib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti