Xətaidəki yanğında zəhərlənənlər evə buraxılıb

 Xətaidəki yanğında zəhərlənənlər evə buraxılıb
  15 Noyabr 2019    Oxunub:1964
Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı tüstüdən zəhərlənən 11 nəfər Toksikologiya şöbəsinə gətirilib.
Bu barədə Azvision.az -a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. Onun sözlərinə görə, müraciət edən şəxslərdən 6-sı qadın, 5-i kişi olub.

“Onların hər biri müayinə olunub, lazımi yardım göstərilib. Artıq həmin şəxslər evə buraxılıblar”

Qeyd edək ki, Bakının Xətai rayonunda, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub. Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti