Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər görülüb

Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər görülüb
  15 Noyabr 2019    Oxunub:1248
Bakı Nəqliyyat Agentliyi paytaxtın Fikrət Əmirov küçəsində (metronun “28 may” stansiyasının yaxınlığında) qanunsuz parklanmaya qarşı tədbirlər görüb və ərazidə nəqliyyat şəraitini yaxşılaşdırıb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, ərazidə nəqliyyat sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb.

Nəticədə piyada təhlükəsizliyi təmin edilib, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub, 4 müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200 000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir. Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti