Sabaha gözlənilən hava proqnozu

Sabaha gözlənilən hava proqnozu
  15 Noyabr 2019    Oxunub:1341
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti