Bakıda Albert Aqarunovun heykəlinin açılışı oldu - VİDEO+FOTOLAR

 Bakıda Albert Aqarunovun heykəlinin açılışı oldu -  VİDEO+FOTOLAR
  15 Noyabr 2019    Oxunub:27900
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidənin açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputatlar, İsrailin ölkəmizdəki səfiri və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.

Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb.



O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.

A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.





































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: AlbertAqarunov   Heykəl  





Xəbər lenti