“Ordu dövlət başçısının istənilən tapşırığını icra etməyə hazırdır” - General

  15 Noyabr 2019    Oxunub : 1541
“Ordu dövlət başçısının istənilən tapşırığını icra etməyə hazırdır” - General
"Hazırda Azərbaycan Ordusunda əməliyyat tədbirləri keçirilir. Bu səbəbdən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak edə bilməsə də, mərasim iştirakçılarına salamlarını çatdırır".
Azvision.az xəbər verir ki, bunu Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucadılan heykəlin açılış mərasimində Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

General bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında şəhid olmuş şəxslərin xatirəsi, onların ailə üzvləri və qazilər daim Ali baş komandanın diqqətindədir.

"Bugünkü tədbir bunun əyani sübutudur. Abidənin açılışında zəhməti olan hər kəsə Müdafiə Nazirliyinin rəhbərliyi və Azərbaycan Ordusunun şəxsi heyəti adından təşəkkürümü bildirirəm. Albert Aqarunovun və onun kimi vətən uğurunda ölənlərin xatirələri qəlbimizdə əbədi yaşayacaq".

K.Vəliyev qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Azərbaycan Ordusu dövlət başçısının istənilən tapşırığını icra etməyə hazırdır.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Kərim-Vəliyev   Ordu