Kirill İçərişəhəri ziyarət edib

Kirill İçərişəhəri ziyarət edib
  15 Noyabr 2019    Oxunub:1363
Dünya dini liderlərinin II Sammiti çərçivəsində Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril noyabrın 14-də Bakıda başlayan Dünya dini liderlərinin II Sammitində iştirak üçün rəsmi səfərdədir. Dini lideri Azərbaycandakı Rus Pravoslav Kilsəsinin din xadimləri və rəsmi şəxslər qarşılayıb. Azərbaycanda yaşayan pravoslav icmasının üzvləri ilə görüşən Patriarxın şərəfinə dini ayin icra olunub.

Qeyd edək ki, Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

Azvision.az


Teqlər: Multikulturalizm  





Xəbər lenti