Ordunun əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO

   Ordunun əməliyyat təliminin son mərhələsi keçirilib -    VİDEO
  15 Noyabr 2019    Oxunub:2695
Azərbaycan Ordusunun təlimlərinin son mərhələsində müxtəlif poliqon və təlim mərkəzlərinə çıxarılan birləşmə və hissələr qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi, o cümlədən atışların praktiki icrası yoxlanılıb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi noyaabrın 12-də başlamışdı.

Üç mərhələdə keçirilən təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi idi.

Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq edilib.



Azvision.az


Teqlər: Ordu   Hərbi   Təlim  





Xəbər lenti