Tanınmış jurnalistə vəzifə verildi

  16 Noyabr 2019    Oxunub : 3939
 Tanınmış jurnalistə vəzifə verildi
Tanınmış telejurnalist, ATV telekanalının aparıcısı Ariz Tarverdiyev yeni vəzifəyə təyinat alıb.
Azvision.az xəbər verir ki, telejurnalist "AzerGold" QSC-nin mətbuat katibi təyin olunub. O bir neçə gündür ki, vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, A.Tarverdiyev ATV-də müxbir, xəbər informasiya proqramı və "ATV Aktual" ictimai-siyasi verilişinin aparıcısı olub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Jurnalist   Vəzifə   Mətbuat   Katib   AzerGold