Sumqayıtda kütləvi zəhərlənmə - 13 nəfər xəstəxanalıq oldu

  16 Noyabr 2019    Oxunub : 1742
Sumqayıtda kütləvi zəhərlənmə - 13 nəfər xəstəxanalıq oldu
Sumqayıt şəhərində yerləşən zavodda baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.
Bu baədə Azvision.az -a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb, 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

"Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonlarına doğru evə buraxılacaqları ehtimalı edilir", - deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Sumqayıt   Səhiyyə   Zəhərlənmə