İranı etirazlar bürüdü, xalq küçələrə axışdı - FOTOLAR

  17 Noyabr 2019    Oxunub : 6979
İranı etirazlar bürüdü, xalq küçələrə axışdı - FOTOLAR
İranda benzinin bahalaşmasına qarşı etirazlar davam edir. Ölkənin bir çox şəhərlərini əhatə edən aksiyalarda minlərlə insan iştirak edib. Vətəndaşlar qiymət artımına etiraz edərək, hökuməti təcili tədbirlər görməyə çağırıblar.
Azvision.az xəbər verir ki, nümayişlər zamanı İranın Ali Dini lideri Əli Xameneyinin şəkilləri yandırılıb. Narazı kütlə yolları bağlayıb, maşınlara od vurulub. Etiraz aksiyaları zamanı ölən və yaralananların olduğu bildirilir.

İranın Daxili İşlər Nazirliyi aksiyaların dayandırılmasını tələb edib. Əks tədbirdə güc yolu ilə nümayişlərin qarşısının alınacağı bildirilib.

Ölkəni bürüyən etirazlar barədə açıqlama yayan Əli Xameneyi bəyan edib ki, aksiyalar İrana qarşı təxribatdır və bunu təşkil edənlər xalqın düşmənləridir.























Azvision.az

Teqlər: İran   Etiraz   Aksiya   Benzin