Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  18 Noyabr 2019    Oxunub:1531
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə çiskin olacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-8°, gündüz 11-15° isti, Bakıda gecə 4-6°, gündüz 13-15° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6°, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı bildirilir.

Azvision.az



Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti