40 ildir şüşə yeyən kişi - FOTO

  18 Noyabr 2019    Oxunub : 1898
40 ildir şüşə yeyən kişi - FOTO
Türkiyənin Bursa şəhərində yaşayan Nüsrət Aktaş adlı təqaüdçü 40 ildir şüşə yeyir.
Azvision.az -ın məlumatına görə, o, ilk dəfə 19 yaşında qırılan stəkanı yeyib. Görənləri heyrətləndirən Aktaş şüşə yeməyə vərdiş etdiyini, səhhətində heç bir problem olmadığını deyib.

"40 il əvvəl restoranda yemək yediyimiz zaman stəkan qırıldı. Mən də onu dişləyib yedim. İlk dəfə orada başladım. Sonradan məndə vərdişə çevrildi. Səhhətim qaydasındadır, özümü yaxşı hiss edirəm. Tək problemim yuxusuzluqdur" - deyə N.Aktaş vurğulayıb.



Azvision.az

Teqlər: Türkiyə   Şüşə