Qarabağda erməni əsgər minaya düşüb

  18 Noyabr 2019    Oxunub : 2052
 Qarabağda erməni əsgər minaya düşüb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində mina partlaması nəticəsində bir erməni hərbçi yaralanıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Minaya düşən hərbçi Ermənistanın Tavuş bölgəsinin Çoratan icmasının sakinidir.
İcma rəhbəri Berd Harutyun Manuçaryan faktı təsdiqləyib. O bildirib ki, mina partlaması nəticəsində hərbçi A. Sadyan yaralanıb.

"O, əməliyyat edilib, həkimlər ayağını dizdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar”.

Azvision.az

Teqlər: Qarabağ