Diaspor Komitəsinin adının dəyişdirilməsi təklif edildi

Diaspor Komitəsinin adının dəyişdirilməsi təklif edildi
  19 Noyabr 2019    Oxunub:2988
“Azərbaycanda Diasporla İş üzrə Dövlət komitəsi var. Onun adı hər yerdə Diasporla İş üzrə Dövlət Komitəsi gedir. Hətta müzakirəyə çıxardığımız qanun layihəsində də təsis edilən medalın “Diaspor fəaliyyətində xidmətlərinə görə” nəzərdə tutulduğu qeyd olunur”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Rafael Hüseynov deyib.

Deputat bildirib ki, dünyanın bir çox ölkələrində bu söz diaspora kimi işlədilir: “İngilis, rus dilində də bu ifadə belə işlənir. Diaspor sözü isə hidroksitlərə, kimyəvi birləşmələrə, maddələrə verilən addır. Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi hidroksitlərlə işləmir. Komitənin fəaliyyəti xaricdə yaşayan həmvətənlərimizlə bağlıdır. Düşünürəm ki, bu ifadə həm Azərbaycan dilində, həm də komitənin adında rəsmi olaraq diaspor deyil, diaspora kimi yazılmalıdır”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Deputat   Komitə  





Xəbər lenti