Novruz Məmmədova yeni vəzifə verildi

  19 Noyabr 2019    Oxunub : 3869
 Novruz Məmmədova yeni vəzifə verildi
Azərbaycanın keçmiş Baş Naziri Novruz Məmmədovun yeni vəzifəsi məlum olub.

Azvision.az xəbər verir ki, N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinin (ADU) elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Universitetin mətbuat katibi Ağa Cəfərli məlumatı təsdiqləyib.
Qeyd edək ki, Novruz Məmmədov 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

Azvision.az

Teqlər: Novruz-Məmmədov