Yeni çəkilən Bakı-Şamaxı yolunda çatlar yaranıb

Yeni çəkilən Bakı-Şamaxı yolunda çatlar yaranıb
  19 Noyabr 2019    Oxunub:3047
Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.

"Sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb. Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur. Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək".

Azvision.az



Teqlər: Yol   Şamaxı  





Xəbər lenti