Oktay Gülalıyev “Amerika xəstəxanası”na köçürülüb
"Az öncə atam Oktay Gülalıyev İstanbulda yerləşən "Amerika xəstəxanası"na köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər".
Xatırladaq ki, Oktay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev cərrahi əməliyyat olunub. O, daha sonra Türkiyəyə yola salınıb.
Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olur.
Azvision.az
Teqlər: OktayGülalıyev