Bu il 72 üçəm, 4 dördəm doğulub

   Bu il 72 üçəm, 4 dördəm doğulub
  19 Noyabr 2019    Oxunub:1941
Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104702 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalıb.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü dördəm doğulanlardır.

Azvision.az



Teqlər: Əhali   Statistika  





Xəbər lenti