Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib

Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
  19 Noyabr 2019    Oxunub:1460
Bu gün Dövlət Gömrük Komitəsində 2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr və gələcək fəaliyyətin istiqamətlərinə dair kollegiya iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək bildirib ki, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, beynəlxalq ticarətin asanlaşdırılması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə edilən uğurlu nəticələr sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, dövlət büdcəsinin gəlirlərinin, ölkəmizin ixrac və tranzit potensialının artmasına münbit şərait yaradıb.

Gələcək hədəflərdən bəhs edən Komitə sədri informasiya texnologiyalarının tətbiqi hesabına gömrük işinin daha çevik və dinamik şəkildə həyata keçirilməsi, xarici ticarət iştirakçılarının məmnunluğunun tam təmin olunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlərdən danışıb.

İclasa yekun vuran Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük işinin daha da səmərəli şəkildə təşkili, korrupsiya və qaçaqmalçılığa qarşı mübarizə, xidmət intizamının gücləndirilməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində tapşırıq və tövsiyələrini verib.

Azvision.az



Teqlər: DGK   Gömrük   Səfər-Mehdiyev  





Xəbər lenti