Tbilisidə etirazçılardan biri özünü yandırmağa cəhd edib - VİDEO

  20 Noyabr 2019    Oxunub : 1887
 Tbilisidə etirazçılardan biri özünü yandırmağa cəhd edib - VİDEO
Tbilisi Şəhər Məhkəməsinin qarşısındakı etiraz aksiyası zamanı vətəndaş fəallarından biri Laşa Çiqladze benzin tökərək özünü yandırmağa cəhd edib.
Azvision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, Çiqladzenin müttəfiqi David Katsarav daha əvvəl onun öz “Facebook” səhifəsində bu barədə yazdığını, lakin heç kimin buna ciddi yanaşmadığını deyib.

Çiqladze etirazın bu formasını seçməsini polisin təhdidi ilə əsaslandırıb.

Qeyd edək ki, məhkəmə parlament qarşısında etiraz aksiyaları zamanı saxlanılan 37 məhbusun işinə baxır. Vətəndaş fəalları, parlamentin müxalifət üzvləri, həmçinin inzibati qaydada nəzarətə alınanların yaxınları və qohumları dünən məhkəmə binası qarşısına və ətraf ərazilərə toplaşıblar.

Saxlanılan şəxslər xuliqanlıqda və polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılır. Onların işlərinə baxılması bir hakimə həvalə edilib.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: Tbilisi   Etiraz   Aksiya