Bakı-İstanbul təyyarəsi təcili eniş etdi

   Bakı-İstanbul təyyarəsi təcili eniş etdi
  20 Noyabr 2019    Oxunub:2781
Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
Azvision.az xəbər verir ki, bu barədə “Buta Airways” aviaşirkətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib. Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

Azvision.az


Teqlər: Bakı   İstanbul   Təyyarə  





Xəbər lenti