Əfqanıstanda helikopter qəzası - 2 ABŞ əsgəri ölüb

  20 Noyabr 2019    Oxunub : 1075
Əfqanıstanda helikopter qəzası - 2 ABŞ əsgəri ölüb
Əfqanıstanda helikopter qəzası zamanı iki ABŞ əsgəri ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ hərbçilərinə istinadən məlumat yayıb.

"Helikopterin qəzaya uğramasının səbəbi araşdırılır. İlkin araşdırmalarda bunun düşmən atəşi nəticəsində baş verdiyini iddia etmək üçün heç bir əsas yoxdur", -deyə məlumatda qeyd olunub.

Hadisənin digər təfərrüatları barədə hələ açıqlama verilməyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan   Pelikoter   ABŞ