İsrail Suriyaya zərbələr endirib - Ölən və yaralılar var

  20 Noyabr 2019    Oxunub : 1164
İsrail Suriyaya zərbələr endirib - Ölən və yaralılar var
İsrail hərbi qüvvələrinin Suriyadakı obyektlərə zərbəsi nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

"Hadisə nəticəsində Dəməşqin cənub-qərbindəki Beit-Saber və Saase adlı kiçik şəhərlərdə bir kişi və bir qadın ölüb, çox sayda insan yaralanıb”, - deyə məlumatda bildirilib.

Daha əvvəl rəsmi Təl-Əviv Suriya ərazisindən atılan dörd raketin zərərsizləşdirildiyini bəyan edib. Dünən gecə Dəməşqdə baş verən partlayışda isə bir nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İsrail   Suriya