Kölgə iqtisadiyyatı ilə mübarizə üzrə İşçi Qrup yaradılır
Bu barədə Azvision.az -a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verilib. Komitə sədri bildirib ki, İşçi Qrupun yaradılması kölgə iqtisadiyyatının azaldılması istiqamətində atılmış növbəti addımdır.
Z.Səmədzadənin sözlərinə görə, kölgə iqtisadiyat ilə mübarizə istiqamətində konkret işlər aparılır və bu işlər genişlənməlidir.
“Vergilər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində çoxsaylı faktlar aşkar edilib. Bu fəaliyyətin nəticəsində 140 min nəfər əmək müqaviləsi bağlayıb. Sənədləşmə prosesi və Vergilər Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişiklərin bir hissəsi də kölgə iqtisadiyyatının azalması istiqamətində atılan addımlardır. Kölgə iqtisadiyyatının azalması ölkənin imicini qaldırır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Ziyad-Səmədzadə