Zaqatala və Ağsuda yol qəzaları - Ölən və yaralı var

Zaqatala və Ağsuda yol qəzaları -    Ölən və yaralı var
  20 Noyabr 2019    Oxunub:2255
Zaqatala və Ağsu rayonlarında ölümlə nəticələnən yol qəzaları baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, rayonun Maqov kəndi ərazisində şəhər sakini T.Qurbanov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Abaylı kənd sakini Zaur Kostiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Ağsu rayonu ərazisindəki Ağsu aşırımında isə Sumqayıt şəhər sakini R.Abdullayevin idarə etdiyi “İsuzu” markalı avtomobil aşıb. Nəticədə sürücü və sərnişini - Abşeron rayon sakini Tahir Rüstəmov xəstəxanaya yerləşdirilib. T.Rüstəmov şəxs xəstəxanada ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza   Ölüm  





Xəbər lenti