Azərbaycan və Ermənistan deputatları arasında mübahisə düşüb

   Azərbaycan və Ermənistan deputatları arasında mübahisə düşüb
  21 Noyabr 2019    Oxunub:3987
Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşüb.
Azvision.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, Ermənistandan olan bir deputat çıxışında " arsax"da "demokratik seçki keçirildiyini" elan edib:

"Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədarətindən Ermənistan deputatının siyasi provakasiyasının qarşının alınmasını tələb etdim. Bildirdim ki, heç bir "arsax" yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistanın işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Ermənistan daima beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir.

Eyni zamanda, bildirdim ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik, ya hərbi yolla torpaqlarımız mütləq azad ediləcək".

Azvision.az



Teqlər: Deputat   Aydın-Mirzəzadə   QDİƏT  





Xəbər lenti