“Dağlıq Qarabağ ermənilərin son arzusu deyil” - Fərid Şəfiyev
"Ermənilərin 1915-ci il olaylarını qabartmasın arxasında da Türkiyəyə qarşı ərazi iddiaları durur. Dağlıq Qarabağ onların son arzusu deyil. Bunların qarşısını almaq üçün addımlar atmaq lazımdır".
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev çıxışı zamanı icma barədə məlumat verib və bildirib ki, icma Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşmüş 80 mindən çox üzvü özündə birləşdirir. O, münaqişənin tarixindən danışaraq işğalla yanaşı bu gün həmin ərazilərdə Azərbaycan irsinə məxsus abidələrin ya məhv edildiyini, ya da saxtalaşdırıldığını əlavə edib.
Türkiyəli tarixçi Kəmal Çiçek çıxışında ermənilərin Qafqaza köçürülməsi siyasətindən danışıb və bildirib ki, 19-cu əsrin əvvəlləri ilə müqayisədə 20-ci əsrin əvvəllərində bu bölgələrə bir milyona yaxın erməni köçürülüb. O məsələnin tarixi baxımdan araşdırılmasının vacibliyini qeyd edib.
Azvision.az
Teqlər: FəridŞəfiyev