Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ilkin məlumata görə, Biləcəri qəsəbəsində baş verən yol qəzasında bir qadın və bir kişi dünyasını dəyişib.