Bakıda bir qadın və iki uşaq dəm qazından zəhərlənib

   Bakıda bir qadın və iki uşaq dəm qazından zəhərlənib
  21 Noyabr 2019    Oxunub:2583
Bakıda dəm qazından zəhərlənmə olub.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dəm qazından zəhərlənmə barədə çağırış Təcili Tibbi Yardıma saat 00:34-də daxil olub.

Bildirilib ki, Nəsimi rayonu Cavadxan küç, mənzil 30 dan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

Azvision.az


Teqlər: Səhiyyə   Dəmqazı  





Xəbər lenti