Nəcəf Tağıyev işdən çıxmasının səbəbini açıqladı

  Nəcəf Tağıyev işdən çıxmasının səbəbini açıqladı
  21 Noyabr 2019    Oxunub:5456
Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Nəcəf Tağıyev öz ərizəsi ilə vəzifəsindən azad olunub. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bununla bağlı müvafiq əmr imzalayıb.
N.Tağıyev Azvision.az -a açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, digər dövlət qulluğuna keçməsi ilə əlaqədar Ombudsman Aparatından ayrılıb.

Məlumata görə, N.Tağıyev Dövlət Gömrük Komitəsində yeni vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Aparatın Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə hələlik təyinat yoxdur. Onu Vüqar Heydərov əvəz edir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ombudsman   Nəcəf-Tağıyev  





Xəbər lenti